BAKU Azərbaycan
°C

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirzə ilə görüşüb.

Bu barədə Gundem.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? – Rəsmi AÇIQLAMA

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir

Macarıstandan nə gözləyək?

Putinin sayılı günləri qalıb... - Qrem

Avropa öz ayağına güllə sıxdı – Peskov

"Daş qəlbli" görünüb "pambıq" kimi ürəyə sahib olan iki bürc

Putin Donetsk və Luqanska səfər edə bilər

Bütün xəbərlər