BAKU Azərbaycan
°C

"Politico" nun Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edir.

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

"Politico”nun məqaləsində Azərbaycan mediasına istinadən yazılıb ki, Azərbaycan bu il Rusiyadan 141,6 milyon kubmetr qaz idxal edib. Lakin qeyd olunan məsələ idxal deyil, mübadilə əməliyyatıdır. Qonşu dövlətlər arasında belə mövsümi mübadilələr baş verir və bu, normaldır. Təəssüf edirəm ki, məqalədə mübadilə və idxal arasında fərq qoyulmur”, - H.Hacıyev yazıb.

 

O, Avropa Komissiyasının enerji məsələləri üzrə sözçüsü Tim Makfinin (Tim McPhie) "Aİ bazarlarını təmin edən Cənub Qaz Dəhlizi Azərbaycanın daha geniş təbii qaz sisteminə deyil, yalnız Azərbaycanın qaz yataqlarına bağlıdır” sözünü xatırladıb və bunun doğru olduğunu vurğulayıb:

"Aİ rəsmisinin bəyanatı doğrudur və biz bununla tam razıyıq. Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib".

"Politico” orada olmadığını bilərək qaranlıq otaqda qara pişik axtarışındadır. Buna uyğun bir Azərbaycan atalar sözü var: "Yalançını evinə qədər qovmaq lazımdır”, - Prezidentin köməkçisi qeyd edib.

Son xəbərlər

Rusiya bir gecədə 101 Ukrayna pilotsuz təyyarəsini vurdu

Eşqimiz elə bu qədərmiş... - Bu il boşanan məşhurlar - FOTO

Mayk Taysonla Ceyk Pol yenidən döyüşəcək?

İntizam Komitəsi iki komandaya texnikiməğlubiyyət verdi

"Çocuklar duymasın"ın Havuçu evlənir - FOTO

Bakıda Türk Ticarət Mərkəzi açıldı

Mərkəzi Bankın sədrinə müavinlər təyin edildi

Əli Əsədov İƏİT-in nümayəndə heyəti ilə görüşdü

Bu qış əsl sevgini tapacaq 4 BÜRC

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

Prezident Məmmədyarova yüksək vəzifə verdi

FHN-in əməkdaşı dünya çempionatında yüksək nəticə göstərdi

Bakıda təcili yardım avtomobili qəzaya uğradı - VİDEO -FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BƏLLİ OLDU

Ziya Hacılıya yüksək vəzifə verildi

Bu məktəbdə şagirdlər dərsə getmir, çünki..

Rusiyada "Şaxta baba"nı axtarışa verdilər

Sumqayıt Nəqliyyata yeni direktor təyin edildi

Bu məşhurlar Elgizin qohumu imiş

3 bürcün arzuları çin olacaq

Bütün xəbərlər