BAKU Azərbaycan
°C

Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər.

Gundem.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, bu Forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.

"Builki Forum "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər", - deyə Azərbaycan Prezidenti müraciətində vurğulayıb.

 

Son xəbərlər

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Cəbrayıla daha 42 ailə yola salındı

Maşın eşşək arabası ilə toqquşdu: ölən var

Qəzza ilə bağlı atəşkəs: 5 ölkə nəzarət edəcək

Bütün xəbərlər