BAKU Azərbaycan
°C

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü bəyanatına cavab verib. 

Gundem.az xəbər verir ki, azərbaycanlı diplomat bu barədə özünün "X" hesabında yazıb. 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Paşinyanı dediklərini sözdə yox, əməldə etməyə çağırıb: "Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, nə üçün Konstitusiyasında və milli qanunvericiliyində təsbit olunmuş "Qərbi Ermənistan" və "Qarabağ Respublikası" adlandırdığı ərazilərə olan iddialardan imtina prosesini başlamaqdan hər vəchlə imtina edir. 

Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz".

Xatırladaq ki, Paşinyan bu gün sosial şəbəkə hesabında Bakını qarşılıqlı olaraq "gərginləşdirici hekayələrdən əl çəkməyə" və sülh müqaviləsini imzalamağa çağırmışdı. 

Son xəbərlər

Kamran Əliyevdən yeni təyinatlar

Paşinyan təsdiqlədi: Ərdoğanla görüşə gedirəm!

İlham Əliyev Türkiyəyə gedir

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? -AÇIQLAMA

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Bu yollarda təmir işləri aparılır - Sürücülərin nəzərinə!

Bu apteklər Tarif Şurasının qərarlarına əməl etmirmiş

Bu ərazilərdə evlər söküləcək

Düyü bahalaşacaq – Bu tarixdən

TƏBİB bu xəstəxanada yoxlama aparır

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Bütün xəbərlər