BAKU Azərbaycan
°C

Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb.

Gundem.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda qeyd olunub ki, Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.

Klinikanın təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Prezidentinə, Klinikanın yenidən təşkili və ləğv edilməsi isə Elm və Təhsil Nazirliyinə həvalə edilib.

Nazirlər Kabineti Fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.

Qarabağ Universitetinə Klinikanın saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün 5 milyon manat ayrılıb.

Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulaması təmin ediləcək.

 

Son xəbərlər

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Qatardan istifadə edənlərə ŞAD XƏBƏR

Türkiyəli jurnalistlər ilin-günün bu vaxtı İrəvana niyə getdi?

Bu da Xalq artistinin Türkiyədəki dəbdəbəli VİLLASI - VİDEO

Bütün xəbərlər