BAKU Azərbaycan
°C

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə dəyişiklik edilib.

Gundem.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəalar təkmilləşdirilir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib, uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloq, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib (katib) vəzifələri müəyyən edilir. Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla ödənişli vəzifələrdir.

Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.

Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari İşlərinin görülməsi və qərarlarının icrasına nəzarətin heyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanında yaradılan "Katiblik" tərəfindən təmin edilir.

Katiblik aşağıdakı vəzifələri həyata keçirir:

1) yerli komissiyaların fəaliyyətini təhlil edir, təhlilin nəticələrinə uyğun olaraq tövsiyələr hazırlayır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

2) komissiyaların məsul katiblərinə (katiblərinə) metodik yardım göstərir;

3) uşaq hüquqlarının pozulması, yerli komissiyaların fəaliyyəti və uşaq müəssisələrində keçirilən monitorinqlərlə bağlı daxil olmuş müraciətləri araşdırır və araşdırmanın Azərbaycan nəticəsi barədə Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya məlumat verir;

4) uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir və onun tətbiqi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir;

5) Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın fəaliyyəti ilə bağlı İctimaiyyəti məlumatlandırır.

Təklif edilən dəyişikliklərə görə, komissiya üzvlərinin sayı işin həcmindən asılı olaraq, komissiyanın təşkil olunduğu müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Komissiyanın tərkibinə əmək və əhalinin sosial müdafiəsi, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində orqan və müəssisələrin nümayəndələri daxil edilirlər. Komissiyanın tərkibinə həmçinin digər orqan və müəssisələrin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər.

Bakı şəhərinin yerli komissiyaları müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya, Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri İşlər barəsində hesabat verirlər.

Müvafiq icra hakimiyyəti orqanı və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalar, Bakı şəhərinin və Naxçıvan Muxtar Respublikasının yerli komissiyaları istisna olmaqla, bütün digər yerli komissiyalar ildə 4 dəfə (rüblük, altıaylıq, doqquzaylıq, illik) gördükləri işlər barəsində Katibliyə hesabat təqdim edirlər.

Katiblik hesabatları ümumiləşdirərək müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyaya təqdim edir.

 

Son xəbərlər

“Yetenek sizsiniz Türkiye” 7 il sonra ekranlara qayıdır

Sevməyi bacarmayan 2 bürc - Uzunmüddətli münasibət onlar üçün deyil

Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Azərbaycanda hava kəskin SOYUYACAQ: qar, yağış, sel - XƏBƏRDARLIQ

Bakıda daha bir məşhur restoranın fəaliyyəti dayandırıldı - VİDEO - FOTOlar

Uşaqlar neçə yaşdan qəhvə içə bilər?

Şəhid xanımına BDU-da vəzifə verildi

Uşaq bağçasına silahlı hücum: Yaralanan var - VİDEO - FOTO

Dövlət Turizm Agentliyində yoxlama aparılır

Sülh sazişinin imzalanması üçün məkan hara olacaq?

İmsakın ən məsləhətli yeməyi... - 40 dəqiqə sonra da yatın

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

Prezident bu hərbi qulluqçuları təltif etdi

Nasir Əbdülkərim Əbdürrəhman “Dostluq” ordeni ilə təltif edilib

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Azərbaycanın D-8-ə qoşulması təsdiqləndi

Bu ölkədə güclü zəlzələ oldu

Bu şəxslər üçün də "dəfn pulu" verilə bilər - TƏKLİF

Şəmkirdə iki nəfər qidadan zəhərlənib

Bütün xəbərlər