BAKU Azərbaycan
°C

Azərbaycan İsrailə dost ölkə olmaqla yanaşı, ABŞ-dən sonra ikinci ən əhəmiyyətli müttəfiqdir. 

Gündem.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ABŞ-nin “Jewish News Syndicate” nəşrində dərc olunmuş “Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?” adlı məqaləsində yazıb.

Qeyd edilib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında formalaşıb və bu, iki ölkə arasında birgə fəaliyyət, strateji əməkdaşlığın rəmzinə çevrilib. Bildirilib ki, həm Azərbaycan, həm də İsrail üçün faydalı olan bu dostluq əlaqələrini qiymətləndirməmək olmaz. 

Müəllifin fikrincə, Azərbaycan İsrailin Qərb müttəfiqlərindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsinə yanaşması ilə seçilir. Demək olar ki, bütün Qərb ölkələri İsrail terror aksiyalarına cavab verdiyi hallarda belə ona Fələstinlə bağlı təzyiq göstərsə də, Azərbaycan heç vaxt İsrail-Fələstin münaqişəsinin onun İsraillə münasibətlərinə mənfi təsir etməsinə imkan verməyib. 

1990-cı illərin əvvəllərindən Azərbaycanın İsrailin enerji təhlükəsizliyinin əsas təminatçısı olduğu xatırladılıb. Azərbaycanın İsrailə verdiyi neftin bu ölkənin enerji təhlükəsizliyi üçün önəmli olduğu vurğulanıb. Lakin bu tərəfdaşlıqdan yalnız İsrailin faydalanmadığı, Azərbaycanın da İsrail məhsullarını daima aldığı, 2000-ci illərin sonundan Azərbaycanın İsrailin ən böyük silah idxalçısına çevrildiyi diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanın İsrail üçün başqa bir sahədə, yəni Yerusəlim və Ankara arasında vasitəçilikdə də əvəzsiz olduğu qeyd edilib. Müəllif Türkiyə və Azərbaycan xalqlarının özlərini iki dövlətdə yaşayan bir millət hesab etdiyini, Türkiyənin Azərbaycanın ən böyük müttəfiqi olduğunu yazıb. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxın əlaqələrinin onu hər iki ölkə üçün ideal vasitəçiyə çevirdiyini bildirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

//www.jns.org/why-azerbaijan-is-important-for-israels-security/ 

Son xəbərlər

“Barselona” Levandovskinin yerinə hücumçu axtarır

Peskov Trampın sözünü təsdiqlədi: Doğrudur!

Ötən ay doğulan uşaqların sayı məlum oldu

ABŞ Ermənistana hərbi texnika daşıyacaq

ABŞ-dan İrana sərt xəbərdarlıq: Bununla barışa bilmərik

Zubir “Qarabağ”da 300-cü oyununa çıxdı

Ermənistan bu tarixdən bütün uçuşları dayandıracaq

"Baydenin imzaladığı əfv sənədləri etibarsızdır"

Trampı mikrofonla zəhərləmək istəyiblər? -VİDEO

80 yaşlı Türkan Şorayın ÇƏTİN ANLARI - VİDEO

Pula daha çox meyilli BÜRCLƏR

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

NK-dan DİN əməkdaşlarının maaşı ilə bağlı qərar

Bayramov Fələstinin səfirini qəbul etdi

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Azərbaycanda meyvə-tərəvəz daha da BAHALAŞACAQ? – VİDEO

Azərbaycan bu gün İsraillə müqavilələr imzalayacaq

Bakı aeroportu da gücləndirilmiş rejimə keçir

Alla Puqaçova ciddi əməliyyat keçirdi

Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

Bütün xəbərlər