BAKU Azərbaycan
°C

“Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda görürük ki, bəzi havadarlarının dəstəyilə onlar artıq keçmişin bir aləti olan, hər hansı bir funksiyası olmayan Minsk qrupunun hər bir vəchdə saxlanmasına da cəhd göstərirlər. Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz”.

Gundem.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O bildirib ki, əgər kimsə Minsk qrupunu dirçəltməyə çalışa bilərsə, bunlar yalnız utopik fikirlər ola bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, Minsk qrupu yaradılanda onun təməlini məhz münaqişənin həll edilməsi təşkil edirdi: “Münaqişə yoxdur. Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin getdiyi bir şəraitdə Ermənistan tərəfi yenə də səmimiyyət nümayiş etdirməyərək Minsk qrupu kimi lazımsız bir alətin saxlanmasına çalışır”.

H.Hacıyev Azərbaycanın bu məsələdə israrlı olduğunu qeyd edib: “Hesab edirik ki, bu kimi məsələlər, xüsusilə də Ermənistanın Konstitusiyası ilə bağlı məsələləri aradan qaldırmasından sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşa bilər”.

Hikmət Hacıyem, həmçinin bildirib ki, hazırda Bakıda Azərbaycan xalqına qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməlləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesi həyata keçirilir və onlar ədalət məhkəməsi qarşısında cavab verirlər. Bu, Azərbaycan xalqının uzun müddətdir gözləntisi və haqlı tələbi idi. Xüsusilə ədaləti Azərbaycan Respublikası özü təmin etmiş olur.

Prezidentin köməkçisi Ermənistan rəhbərliyinin bu məhkəməyə qarşı bütün resurslarını səfərbər edərək lazımsız bir propaqanda kampaniyası apardığını bildirərək qeyd edib: “Onların havadarları, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qrupları Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etmək fikrindədirlər. Bütün bunlar xüsusilə məhkəmə ilə əlaqədardır”.

O bildirib ki, bu məhkəmədə mühakimə olunan şəxslər qanun qarşısında cavab verirlər. İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların əsir və girov adlandırılması beynəlxalq münasibətlərə, insanlığa qarşı bir təhqirdir və qəbuledilməz haldır. Onların mühakiməsi davam etdiriləcək.

“Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”, - deyə, H.Hacıyev diqqətə çatdırıb.

Son xəbərlər

Məşhur saç boyasının tərkibində sonsuzluğa səbəb olan maddə tapıldı

Tanınmış aktrisa saxlanıldı - FOTO

Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan

İsrail Qəzza sakinlərinə çağırış etdi

Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

"İnci taneleri" final edir

Biləsuvar Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarıldı

Dünyanın ən hündür stadionunda oynadılar, nəfəsləri çatmadı - VİDEO

Yasamalda yük maşını yandı - VİDEO

Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan

“Evi təmizləmək üçün bir gün vaxt istədi”

Pezeşkian Urmiya gölünə getdi

Azərbaycanda zəlzələ oldu - Yenilənib

İmamoğlunun yerinə o seçildi

Anasının imtina etdiyi körpə Bakıya gətirildi, xəstəxanaya yerləşdirildi

Sevgilisinin ETİRAFI Leonardo Di Kaprionu TƏƏCCÜBLƏNDİRDİ

İmamoğlunu kim əvəz edəcək? - Səsvermə başladı

Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik edib

Bütün xəbərlər