BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gundem.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamda göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Son xəbərlər

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT

Bakıda bu küçəni su basdı - VİDEO

Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub

“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib

Bölgələrdə tibb kollecləri açıla bilər

İstanbulda Rusiya-Türkiyə danışıqları başladı

Tibb işçiləri bu halda imtahandan azad olunacaq

Xəsarət alan məktəblinin vəziyyəti - Açıqlandı

Temperatur artır - Sabah 32 dərəcə isti olacaq

Zəlzələni öncədən bilmək olar - "Android" telefonlarda var, qurmaq lazımdır

Bütün xəbərlər