BAKU Azərbaycan
°C

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Gundem.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Dəyişikliyə əsasən, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsi - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsi aşağıdakı redaksiyada verilməlidir:

"Sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd".

Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər