BAKU Azərbaycan
°C

Livanın Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi keçirilib.

Gundem.az xəbər verir ki, tədbirdə bu ölkədə yaşayan türkmanlarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, Akkar quberniyasının müftisi, Vəqflər şöbəsinin müdiri, millət vəkilləri, bələdiyyə sədrləri, şeyxlər, müəllim və şagirdlər iştirak edib.

Mərasimdən öncə Kavaşra kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Tədbir Azərbaycanın və Livanın Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Livanda Azərbaycan Evinin rəhbəri Xaled İsmayıl türkman icmasının fəaliyyəti və orada evin açılmasını zəruri edən səbəblərlə bağlı ətraflı məlumat verib: “Azərbaycan Evinin açılması türkmanların Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini öyrənməsi üçün böyük fürsətdir. Bu imkanı bizə yaratdığına görə Azərbaycan dövlətinə minnətdarıq”, - o bildirib.

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Livanda Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türkman xalqının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib: “Bu günədək dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi açılıb. Bu evlərin açılması Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsidir. İnanıram ki, burada yaşayan türkmanlar Livandakı Azərbaycan Evinin xətti ilə iki ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verəcəklər”.

Təcrübə göstərir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi, ana dilimizi öyrənməsində Azərbaycan Evlərinin xidməti əvəzsizdir.

Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi münasibətilə 300 nəfərin iştirak etdiyi bədii tədbir də təşkil olunub.

 











Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər