BAKU Azərbaycan
°C

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.

Gundem.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir.

Qarşılıqlı münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnamın birinci prezidenti Ho Şi Min tərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana gəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluğun başlanğıcını qoyub.

Xüsusi olaraq qeyd edilib ki, məhz Heydər Əliyevin səfərindən sonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardım göstərib, minlərlə azərbaycanlı mütəxəssis isə ölkənin infrastrukturunun və neft sənayesinin postmüharibə dövründə bərpasına kömək etmək üçün Vyetnama göndərilib.

Vurğulanıb ki, sovet dövründə beş minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.

To Lamın səfəri zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir.

Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında dialoqun və səmərəli qarşılıqlı fəaliyyətin səviyyəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, hakim partiyalar həmişə dostluq əlaqələri saxlayıb və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayıblar.

Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz, mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafı məsələləri müzakirə olunub.

Son xəbərlər

Zelenski ABŞ ilə bağlı qalmaqallı qanunu imzaladı

Röya Zaura söz atdı, sonra BARIŞDILAR - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Pensiya alanlara yeni xəbər: Daha yüksək məbləğ ala bilərsiniz

Dörd BÜRC üçün pul çay kimi axacaq

“Samsung”un rekord nazik smartfonu: Mayın 13-də təqdimatı olacaq

“Daha səhnəyə çıxa bilmir, çünki...” – Flora Kərimovanın köməkçisi hər şeyi açıqladı

Bu həftə bürclərə nə vəd edir?

Dünyanın ən maraqlı ÇƏHRAYI GÖLÜ - niyə oraya turistlər getmir?

Azərbaycanın U-21 millisi iki yoxlama oyunu keçirəcək

Tovuzda traktor aşdı, yaralılar var - FOTO

Yağıntılar mayın 17-dək davam edəcək

İran Putinin səfərinə hazırlaşır

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı

Azərbaycan və Somali arasında Memorandum imzalandı - FOTOlar

AB Kiyevə silah üçün 900 milyon avro ayırır

50 yaşlı kişini aldadıb 36 min manatını mənimsədi

AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ - Ölən və yaralılar var - VİDEO

Karateçilərimiz dünya çempionatında 5 qızıl medal qazandı

Bütün xəbərlər