BAKU Azərbaycan
°C

Milli Məclisin 2025-ci il 23 may tarixli plenar iclası keçirilir. 

Gundem.az Sfera.az istinadən xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 13 məsələ daxil edilib.

Gündəliyə təklif edilən məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (ikinci oxunuş).

2. “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 

3. “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

4. “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

5. “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”  Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 

6. Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 

7. “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Notariat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).  

10. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

 

Son xəbərlər

Məşhur İsveç brendinin ən etibarlı avtomobilləri - SİYAHI

“AzerGold”un yerli bazarda satış gəlirləri 238% artdı

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

"Mançester Siti" 1 milyon dollardan çox cərimələndi

Acun Ilıcalıya pis xəbər - İki qazanc yerini İTİRDİ

Parlamentin qarşısında taksi ilə skuter toqquşdu - Yeniyetmə öldü - VİDEO

Yaşayan 10 ƏN VARLI rəssam

İzmirdə meşə yanğını: Təyyarə və helikopterlər cəlb olundu

Emin Ağalarov Azərbaycan millisində çıxış etmək istəyən Veronikadan danışdı: İstəməzdim ki...

Rəsmiyyə Həşimova baş həkim təyin olundu

Saxlanılan icra başçısı, görün, kimin qohumudur

Bu müqavilələr Naxçıvan Konstitusiyasından çıxarılır

Xarici diplomatlar Həkəri çayına balıq buraxıblar

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

İranın daha bir nüvə alimi öldürüldü

DTX-dən əməliyyat: Bu rayonun icra başçısı saxlanıldı

Əhalinin DİQQƏTİNƏ! Evlərin sığortalanması ilə bağlı MÜHÜM YENİLİK

Binə qəsəbəsində açıq ərazi yanır

İsrail İranda xəstəxanaları vurdu

İranda uçuş qadağasının müddəti yenidən uzadıldı

Bütün xəbərlər