BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Gundem.az xəbər verir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.

Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.

Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

Sənəd həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Bununla ordu generalı ilə yanaşı, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.

 

Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər