BAKU Azərbaycan
°C

İtaliyanın Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

Gundem.az XİN-ə istinadla bildirir ki, görüşdə iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, habelə əlaqələrin daha da inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək dialoqun davam etdirilməsi razılaşdırılıb. Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi qeyd olunub.

Bölgədəki son vəziyyət haqqında həmkarını məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasətinin ağır nəticələrindən, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət və Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atdığı addımlar barədə danışıb.

Görüşdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq ifadə olunub.

Görüşdə regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Əli Əsədov qərar imzaladı

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Azərbaycan "OPEC Fund" ilə ikitərəfli əlaqələrin təşviqini MÜZAKİRƏ ETDİ

“Nokia” bu tanınmış modelini yenidən İSTEHSAL EDƏCƏK

Azərbaycan şahmatçısı Avropa çempionu OLDU

Neft Fondu pulunu bu regionlarda saxlayır - SİYAHI

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Yens Stoltenberq Kiyevə SƏFƏR ETDİ

Ramzan Kadırov 16 yaşlı oğluna yüksək vəzifə verdi - FOTO

Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!

FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ OLDU - FOTO

Şotlandiyanın Baş naziri İSTEFA VERDİ

Bütün xəbərlər