BAKU Azərbaycan
°C

Hər iki tərəfin çox sayda itki verməsinə baxmayaraq Rusiya-Ukrayna müharibəsinin tərəfləri münaqişəni danışıqlar yolu ilə həll etmək niyyəti sərgiləmir.

Maraqlıdır, bu gedişat nə vaxta qədər davam edəcək, müharibənin yaxın vaxtlarda bitəcəyi gözlənilirmi? Müharibədə daha çox itki verən tərəf hansıdır? 

Məlumat üçün bildirək ki, Rusiya Ukraynada apardığı 3 aylıq döyüşlərdə SSRİ-nin Əfqanıstanda həyata keçirdiyi 9 illik müharibədə itirdiyi qədər əsgər itirib. Bu baxımdan Sovet İttifaqının Əfqanıstan müharibəsindəki itkilərinin statistikasına nəzər yetirmək yaxşı olardı - 15 min ölü, 35 478 yaralı və 311 itkin.

Ukrayna Baş Qərargahının verdiyi məlumata görə isə Rusiya ordusu Ukrayna ilə müharibəyə başlayandan bu günə qədər 29 200 əsgər itirib. Son statistikaya görə müharibə ərəfəsində ruslara məxsus 204 təyyarə, 170 helikopter, 1293 tank, 3 min 166 zirehli texnika, 604 top, 201 raketatan və 93 hava hücumundan müdafiə sistemi məhv edilib. Eyni zamanda Rusiya qüvvələrinin 2206 avtomobil, 13 gəmi, yüngül sürətli qayıq və 476 pilotsuz uçuş aparatını itirdiyi, Rusiya tərəfindən atılan 110 qanadlı raketin isə vurularaq sıradan çıxarıldığı bildirilir.

Bu isə artıq Rusiyanın özündə də qələbəyə inamı sarsıdır. Bu baxımdan Rusiya Ordusunun veteranı, hərbi ekspert İqor Girkinin ddedikləri maraq doğurur:

“Rusiya bütün Donbası ələ keçirməyə müvəffəq olsa belə, Ukraynadakı müharibəsində qalib gəlməyəcək. Ukrayna sürətlə savaş meydanına yeni qoşunlar cəmləşdirir, Qərb silahlarından istifadə edərək yenidən silahlanır və aradan qaldırılması çətin olacaq yeni müdafiə mövqeləri hazırlayır. Gedişat belə davam edərsə, Rusiya iyun ayının ortasında Ukraynaya qarşı başlatdığı müharibəni bitirmək məcburiyyətində qalacaq”.

Semra Ələkbərli
Gundem.az
 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər