BAKU Azərbaycan
°C

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gundem.az xəbər verir ki, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

"Toshiba" 5 min işçini İŞDƏN ÇIXARACAQ

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

"30 min riyaziyyat və xarici dil müəllimi sertifikasiya imtahanı verəcək" - RƏSMİ

Xalq artisti Röya Ayxan: "Ərə gedirəm, toyum..." - VİDEO

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

Energetika naziri ABŞ-yə səfər etdi

Bütün xəbərlər