BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

Gundem.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısı və birinci xanıma türbədə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

Məlumat verildi ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilib.

Diqqətə çatdırıldı ki, XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.

 

Son xəbərlər

Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib

Mirzoyan Səudiyyə Ərəbistanına gedir

Sabah Bakının 3 rayonunda qaz olmayacaq

Azərbaycan elektromobil idxalını artırdı

Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

Bu makiyaj vasitələri qocalmanı sürətləndirir - Həkimdən ÇAĞIRIŞ 

Şəhid anası vəfat etdi - FOTO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Azərbaycan lideri: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

ABŞ-də ekoloji cəhətdən təmiz sement hazırlandı

Aprel çağırışı davam edir - FOTOLAR

Dövlət başçısı: "Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb"

Putinə Rusiya Prezidentinin vəsiqəsi təqdim edildi - FOTO

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib

Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini MÜZAKİRƏ ETDİ

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

Bütün xəbərlər