BAKU Azərbaycan
°C

Bakı Qarabağın Azərbaycanın daxili məsələsi olduğu faktını masadan praktiki mərhələyə keçirir. İlham Əliyevin müsahibəsindən çıxan yekun nəticə belədir. Və prezidentin ilk dəfə açıqladığı detallar da bunu təsdiqləyir.

Qarabağdakı ermənilər Bakıdan iki məsələni xahiş edib:

Birincisi, Laçın yolunun alternativ marşruta köçürülməsi vaxtını 5 avqustdan, 25 avqusta dəyişdirsin;

İkincisi, yolun Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt hissəsini də Azərbaycan inşa etsin;

Bakı hər iki istəyi yerinə yetirib. Bununla yanaşı, yeni yolun inşasında ermənilər azərbaycanlı inşatçılara kömək ediblər.

Bu detalları açıqlayan Əliyev üç ünvana mesaj verir:

İrəvana: erməni əhali Azərbaycana yaxınlaşır, onlar üzərindən planlar qura bilməyəcəksiniz;

Moskvaya: Qarabağın etnik ermənilərinin Azərbaycana inteqrasiyası və azərbaycanlılarla birlikdə yaşaması üçün "vasitəçi”yə ehtiyac yoxdur: bu, həm də rus sülhməramlılarının bölgədə qalma müddətinin başa çatmasından sonra ikinci dəfə uzadılmayacağının anonsudur; Bakı rusların bölgədə qalmaq üçün "birgəyaşayışa kömək” arqumentini sıradan çıxarmaq niyyətindədir və qarşıdakı üç ildə erməni əhali ilə daha sıx iş aparılacağı bəllidir;

Və etnik ermənilərə: yeganə xilas yolu Azərbaycan vətəndaşı olaraq yaşamaqdır: Əliyev dəfələrlə "statusun” olmayacağını bəyan edib, lakin indi – "Qisas” əməliyyatından sonra bunu xüsusilə erməni əhaliyə ünvanlayır və qeyd edir ki, "nə statusunuz, nə müstəqilliyiniz, nə də hansısa xüsusi imtiyazınız olacaq, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, sizin də qorunacaq”;

Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra ən aktual məsələ erməni qoşunların tamamilə çıxarılması və separatçı-terrorçuların tərkisilah edilməsi olacaq. İstisna deyil ki, Qarabağdakı ermənilərlə birbaşa təmasları artıran Bakı bu prosesdə "Xankəndidəki erməni əhalinin təhlükəsizliyinin qorunması” prinsipi ilə bölgəyə müdaxilə məsələsini də aktuallaşdırsın. Və bu, Xankəndiyə hərbi müdaxilədən daha çox, İrəvana, Moskvaya, eləcə də separatçı-terrorçulara qarşı kart olaraq istifadə etmək məqsədi daşıya bilər. Bir gün Xankəndidə Azərbaycan vətəndaşlığını tələb edən ermənilərin mitinq keçirməsini görsək, o qədər də təccüblü olmaz.

QAYNARİNFO

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər