BAKU Azərbaycan
°C

"İran Zəngəzur dəhlizinin açılmasına qarşı hərbi əməliyyatlara başlayarsa, qarşısında Türkiyə ordusunu görəcək".

Gundem.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq prezidentin son açıqlamasının bu mesaja layiqli cavab olduğunu vurğulayıb:


"İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sərhədlər dəyişərsə, reaksiya verəcəklərini elan etdi. Bu, İran Baş Qərargah rəisinin blefidir. Artıq Azərbaycan ordusu delimitasiya və demarkasiya olunmayan  tarixi Azərbaycan torpaqlarındadır. Qərbi Zəngəzurda Azərbaycan əsgəri dayanıb. Prezident İlham Əliyev Laçında "geri çəkilməyəcəyik" mesajını verdi. Buyursun, İran necə reaksiya verəcəyini göstərsin.  Cənubi Qafqaz nə Suriya, nə də İraqdır. İran Cənubi Azərbaycan məsələsindən çəkindiyi üçün bu kimi bleflərlə özünü göstərir. İranın  hərbi müdaxiləsi Cənubi Azərbaycanın ayağa qalxması ilə qığılcım ola bilər. Geosiyasi şərtlər sürətlə dəyişir və Azərbaycan ordusu bu ilin axırına kimi Zəngəzur dəhlizini açması mümkündür". 


Ekspert İranın Azərbaycanla qarşı-qarşıya gəlməsinin İranda hakimiyyətin devrilməsi ilə nəticələnəyini deyib:

"İranın Azərbaycanla toqquşması isə İran hakimiyyətinin devrilməsi ilə nəticələnər. İran daxilində böhran və regionda Türkiyə və Azərbaycanın kordinasiyalı fəaliyyəti, Çinin bu dəhlizə dəstək verməsi, bundan əlavə, Cənubi Azərbaycan faktoru ilə yanaşı güclü Azərbaycan ordusu İran üçün çəkindirici amildir.  Azərbaycan İrandan ehtiyat etsəydi, 12-13 senytabrda demarkasiya olunmayan ərazidə bufer zonanı genişləndirməzdi. Odur ki, Tehran geosiyasi reallıqları qəbul etmək məcburiyyətindədir".

 

Turqut 

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb

“Instagram”da problem yarandı

Üç manat siqaret puluna görə əmisini öldürdü

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Azərbaycanın uğurlarının səbəbi bu imiş...

Mahir Emreli “Dinamo”dan gedir

Faiq Ağayev: “Biz sevgili olmamışıq”

Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı - FOTO

ABŞ vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlanıb

Prezident quru sərhədlərin bağlı qalmasından danışdı

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Bütün xəbərlər