Siyasət
01.02.2022 / 12:42
359
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunub
Azərbaycanla Serbiya arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbi aradan qaldırılır.
Gundem.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay