BAKU Azərbaycan
°C

Baş prokuror Kamran Əliyev Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münhen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər. Almaniyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa, dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.

Həmçinin, nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Bakı şəhər prokurorluğunun mərkəzi aparatı və Xətai rayon prokurorluğu, habelə 7 saylı “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar.

Münhenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər