BAKU Azərbaycan
°C

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçib.

 

Son xəbərlər

Fransaya məxsus təyyarə Bakı hava limanında qəza enişi etdi

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Əliyev və Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində

Sabah bu rayonlarda qaz olmayacaq

Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK

“İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO

Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ

"Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

Bütün xəbərlər