BAKU Azərbaycan
°C

Azərbaycan Tehrandakı səfirliyimizə edilən terror hücumu ilə əlaqədar İrana ən sərt reaksiyanı verdi. Belə ki, verilən qərar ilə bu ölkədəki səfirliyimiz diplomatik fəaliyyətini tamamilə dayandırıb. Bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov da təsdiqləyib. Təbrizdəki Baş Konsulluğun fəaliyyəti davam etsə də, bütün hallarda bu, iki ölkə münasibətləri tarixində verilən ən sərt qərardır. 

Tehranın cavabı Bakını qane etmir

İran tərəfi ciddi cəhdlə çalışır ki, Azərbaycan səfirliyinə edilən hücumu ailə-məişət zəminində baş verən bədbəxt hadisə kimi təqdim etsin. Rəsmi Bakı isə bu iddianı qəbul etmir. 

Məsələ ondadır ki, Azərbaycan tərəfinin əlində hadisənin terror aktı olduğuna dair rəsmi məlumatlar var. Ehtimal ki, bununla bağlı İran tərəfi də məlumatlandırılıb.
Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, Tehranın öz iddiasından əl çəkməməsi nəticədə Bakının daha radikal addım ataraq Tehrandakı səfirliyin diplomatik fəaliyyətini dayandırması ilə nəticələndi.  

Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirməsi isə müsbət haldır. Çünki hazırda İranda yaşayan kifayət qədər Azərbaycan vətəndaşı və 40 milyondan çox Azərbaycan əsilli İran vətəndaşı var. Bakı bu insanların taleyinə biganə qala bilməz və istəsək də, istəməsək də konsulluğun fəaliyyəti davam etməlidir. 

SEPAH terror təşkilatı elan edilməlidir!

İranın Azərbaycan səfirliyinə edilən hücumu şübhəsiz terror hadisəsidir və bu hadisənin məsuliyyətini birbaşa İran hakimiyyəti daşıyır. Hadisəni törədən şəxsin İran vətəndaşı Yasin Hüseynzadə olması və onun SEPAH-la, eyni zamanda SEPAH-ın Azərbaycan qanadı “Huseynuyun” təşkilatı ilə əlaqəli olması da bunu deməyə əsas verir. 

Rəsmi Bakı hadisə ilə bağlı səfirliyin İrandakı diplomatik fəaliyyəti tamamilə dayandırsa da, bu, kifayət deyil. Azərbaycan tərəfi daha radikal addım atıb SEPAH və onun Azərbaycan qanadı olan “Huseynuyu” terror təşkilatı elan etməlidir. Rəsmi Bakının bu təşəbbüsü beynəlxalq aləmdə müsbət qarşılana, ABŞ, Avropa Birliyi, İsrail kimi ölkələrin də dəstəyinə səbəb ola bilər.

Onsuz da ABŞ 2019-cu ilin aprelindən etibarən SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bunun məntiqi davamı olaraq 2020-ci ilin yanvarında təşkilatın "Qüds" qolunun komandanı Qasım Süleymaniyə qarşı Bağdadda xüsusi əməliyyat keçirərək onu zərərsizləşdirdi. 

ABŞ-dan sonra Avropa Birliyi də hazırda  SEPAH-ı terror təşkilatı kimi tanımağı nəzərdən keçirir. Əgər bu baş verərsə, Avropa bu məsələdə siyasətini ABŞ-la sinxronlaşdırmış olacaq. 

SEPAH-ın terror təşkilatı elan edilməsi Bakıya nə vəd edir?

Bu cür qərarlar İrana qarşı mümkün hərbi əməliyyat üçün müəyyən legitimlik yaradır. Düzdür, Azərbaycanın indiki məqamda nə İranla hərbi gərginliyə girmək, nə də Tehrana qarşı formalaşacaq ehtimal hərbi koalisiyaya qoşulmaq kimi bir niyyəti yoxdur. Amma bu addım Bakıya Orxan Məmmədov, Tohid İbrahimbəyli və s. SEPAH-a bağlı “Huseynuyu” üzvlərini axtarışa vermək, onları terrorçu kimi həbs etmək və ya antiterror əməliyyatları ilə sıradan çıxarmaq üçün legitimlik qazandıracaq. 


SEPAH-ın və “Huseynuyun”un terror təşkilatı elan edilməsi İranın ölkəmizdəki agentlərini, trollarıni zərərsizləşdirməyə imkanı yaradacaq.


Digər tərəfdən, nəzərə almaq lazımdır ki, SEPAH birbaşa ali rəhbərə bağlı olan, İran sisteminin təməl hərbi-siyasi strukturudur. Ona vurulacaq istənilən zərbə eyni zamanda İran ali dini rəhbərinə vurulmuş zərbə sayılacaq. Bu zərbə İran və Azərbaycan cəmiyyətlərinə bu şəxsin ilahiləşdirilən obrazının dağıdılması demək olar.

Nəhayət, SEPAH-ın terror təşkilatı elan edilməsi Bakının beynəlxalq nüfuzuna müsbət mənada ciddi təsir edəcək.

Müəllif: Politoloq Turan Rzayev

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər