BAKU Azərbaycan
°C

“Fransa parlamentinin qarşısında 3 azərbaycanlı çıxıb Milli Məclisi ittiham edir”.

Gundem.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, həmin şəxslər büdcədən Milli Məclisə 100 milyon pul ayrıldığını, onun 90 milyonunun mənimsənildiyini bildirirlər: “Bunun belə olmadığını biz bilirik. Hətta biz Qarabağ naminə ehtiyacı olan insanlar üçün ev tikilməsi məsələsindən də imtina etdik. Sosial şəbəkələrdə deyirdilər ki, Tahir Kərimli yaltaqlıq edib. Mən niyə yaltaqlıq etməliyəm ki?! Deyirlər ki, Tahir Kərimli deyib ki, İlham Əliyevin alternativi yoxdur. Əlbəttə alternativi yoxdur. Alternativi siz uduzmusunuz. Nə vaxt uduzmusunuz, deyim. O vaxt ki, siz Surətin qabağından dovşan kimi qaçdınız, xilaskar kimi Heydər Əliyevi gətirib, yalançı müxalifətçilik edəndə uduzmusunuz. 2005-ci ildə ağalarınız Amerikadan deyəndə ki, siz hətta qalib gəlsəniz belə, hakimiyyəti əldə saxlaya bilməyəcəksiniz. Onda minlərlə insanları küçəyə tökəndə uduzdunuz. 2000-ci ildə boykot elan edəndən sonra gedib ağalarınızla danışdınız, gəldiniz Milli Məclisdə təmsil olundunuz. İnhisarçılıq sizin dövrünüzdə yaranıb.

Biz bu Milli Məclisdə oturub xalqın bütün problemlərini dilə gətiririk. Siz 10-15 il oturub parlamentdə hansı məsələni qaldırmısınız? Epizodik çıxışlardan başqa sizin hansı çıxışınız var? Tək istəyiniz sizin kimi dövlət başçısını söyməyimizdir. Siz onu görməyəcəksiniz. Biz islahat istəyirik. İslahatın tərəfdarıyıq. İnhisarçılar sizin dövrünüzdə yaranıb, onları biz yaratmamışıq. 22 il işsiz qaldım, evimə əməkhaqqı gəlmədi. Sizsə gəlib burda iqtidara yaxın oldunuz. Siz kimsiniz, özünüzü Heydər Əliyevin oğlu, Əziz Əliyevin nəvəsi ilə müqayisə edəsiniz?

Sən miskin, cılız adamlar, kimlə müqayisə edirsiniz özünüzü? Çıxarın alternativ qoyun ortaya. Yoxdur alternativ. Xalqımın bu söyüşkən xasiyyətinə məəttələm. Bu həmin xalq deyildi ki, prezidentin çağırışı ilə 50 min insan könüllü müraciət etdi? Bu gün rüşvətxorluğun, inhisarçılığın qarşısını almaq üçün prezidentə müraciət edirik. Başqa kim bunun qarşısını ala bilər? Başqa biri var? Bizim yaltaqlığa nə ehtiyacımız var? Biz özümüz üçün, övladımız üçün heç nə ummuruq”.

Son xəbərlər

“Kann” kinofestivalında qırmızı xalça üzərində sürpriz - FOTO

İnsanların evinin yaxınlığındakı çimərliyə getməsini qadağan etmək istəyir 

Rusiya XİN: "Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi məsələsi İrəvana ünvanlanmalıdır"

Niderlandın Baş naziri COP29-a DƏVƏT EDİLDİ

Britninin lənəti: Castin Timberleykin sənətə qayıtması böyük uğursuzluqla nəticələndi

Aynur Sabitova vəzifəsindən AZAD EDİLDİ - FOTO

"İslam Əməkdaşlıq Təşkilatı ilə birgə mübarizə aparacağıq" - Rusiya rəsmisi

Boğaz ağrılarını yaradan SƏBƏBLƏR - Bu maddələrdən uzaq durun!

Rusiya XİN: "Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub"

Türkiyədə kimlər çevriliş cəhdi edə bilər? – “Onlar hələ də tam zərərsizləşdirilməyib, mümkündür ki...”

Məşhur restoranın fəaliyyəti DAYANDIRILDI - RƏSMİ

Azərbaycan və Türkiyə şirkətləri Anlaşma Memorandumu İMZALANDI

İsrail hökuməti BMT-nin Fələstinlə bağlı qətnaməsini RƏDD ETDİ 

Avropanın mobil telefonla ən çox danışılan ölkəsi BUDUR 

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix AÇIQLANDI

Dünyanın ən uzunömürlü heyvanları - SİYAHI 

Ukraynanın "Avroviziya" təmsilçiləri CƏRİMƏLƏNDİLƏR - SƏBƏB

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır

Bayden və Zelenski yaxın həftələrdə görüşə BİLƏRLƏR

Bütün xəbərlər