BAKU Azərbaycan
°C

Baş nazir Əli Əsədov fevralın 15-də Dubay şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumla görüşüb.

Gundem.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma çatdırıb.

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Prezident İlham Əliyevin cari ilin 15-16 yanvar tarixlərində BƏƏ-yə işgüzar səfərinin iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından rolu vurğulanıb.

Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin əhəmiyyəti qeyd edilib, Azərbaycanın tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə olunub.

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq təsisatlar çərçivəsində inkişaf etdiyi vurğulanıb.

Birgə həyata keçirilən və hər iki ölkənin maraqlarına cavab verən layihələrin önəmi qeyd olunub.

Həmçinin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər