04.02.2022 / 15:07
338
Ukraynanın Baş naziri Əli Əsədova zəng edib
Bu gün Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Gundem.az Nazirlər Kabinetinə istinadla bildirir ki, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.
Danışıq zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay