BAKU Azərbaycan
°C

Azərbaycanın Rusiyadakı Səfirliyi Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində planlaşdırılan erməni təxribatı ilə bağlı məlumat yayıb.

Səfirlikdən daxil olan açıqlamada 7-11 fevral 2022-ci il tarixində Moskvada keçiriləcək “Prodekspo-2022” beynəlxalq ərzaq sərgisində iştirakı nəzərdə tutulan “Биэйдж Бренди Компани” erməni şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı müxtəlif KİV və sosial şəbəkələrdə yayılan məlumata istinadən aşağıdakılar qeyd edilib:

"3 fevral 2022-ci il tarixində Səfirliyin məsul diplomatları məsələ ilə əlaqədar sərginin keçiriləcəyi “Eksposentr” Mərkəzi Sərgi Kompleksinin müvafiq rəhbər işçiləri ilə görüş keçiriblər.

Görüşdə “Биэйдж Бренди Компани” şirkətinin Xankəndidə qanunsuz qeydiyyatı ilə bağlı yayılan xəbərlərin narahatlıq doğurduğu diqqətə çatdırılıb və adıçəkilən şirkətin sərgidə iştirakının qəbuledilməzliyi vurğulanıb.

Cavab olaraq bildirilib ki, həmin şirkətin təqdim etdiyi sənədlərdə şirkət Yerevanda göstərilən ünvan üzrə qeydiyyata alınmış, “Prodekspo” saytında isə “Artsax” və ya “Dağlıq Qarabağ”ı əks etdirən hər hansı yazı və simvollar mövcud deyil. Qeyd edilib ki, sözügedən şirkətin baş ofisinin “Ermənistan, Artsax (Dağlıq Qarabağ), Stepanakert, Tumanyan küç., ev 50”də qeydiyyatda olması erməni informasiya saytı “spyur.am”da verilmiş, həmin saytda son yenilənmə 16 mart 2021-ci il tarixini göstərir ki, bu məlumat da hazırki vəziyyəti əks etdirmir.

Xüsusi olaraq vurğulanıb ki, xoşagəlməz halları istisna etmək üçün müvafiq tapşırıqlar verilib. Qeyd edilən məlumat bir daha yoxlanılacaq və öz təsdiqini tapacağı təqdirdə, həmin şirkət sərgiyə buraxılmayacaqdır. Məsələ Səfirliyin xüsusi nəzarəti altındadır”.

Son xəbərlər

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bütün xəbərlər