BAKU Azərbaycan
°C

"Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunması mühüm və əlamətdar hadisədir. Ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cüümhuriyyəti dövründə qurulub. Münasibətlərdə yeni mərhələ 1993-cü ildən başlayır. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna-Azərbaycan dostluğu illərin sınağından uğurla çıxıb. İnanıram ki, dostluğumuz daha da möhkəmlənəcək".

Bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 4-də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə ifadə edib.

Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ukrayna ilə münasibətlərə böyük önəm verir: "Dostluğumuzun təsdiqidir ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu il Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı ilə bağlı məsələləri müzakirə edilib və mühüm sənədlər imzalanıb".

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artdığını vurğulayan nazir müavini siyasi, iqtisadi sahələrdən başqa, humanitar və mədəni sahələrdə də əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

Diasporların və parlamentlərin ölkələrimiz arasında münasibətlərin dərinləşməsində rolundan bəhs edən X.Xələfov Xarkov və Şamaxıda diplomatik korpusların fəaliyyət göstərdiyini qeyd edib.

Son xəbərlər

Helikopterin qalıqları tapıldı - FOTOLAR

Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR

Azərbaycan XİN İrana yardım təklif etdi

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Bütün xəbərlər