BAKU Azərbaycan
°C

Xəbər verildiyi kimi, fevral ayanın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ABŞ-nin Yuta ştatında rəsmi səfərdədir.

QMİ-nin mətbuat xidmətindən verilən xəbərə görə, Birləşmiş Ştatların məşhur «Stirlinq» Fondunun, eləcə də İsa Məsih və Sonuncu günün müqəddəsləri kilsəsinin birgə dəvəti ilə təşkil olunan səfərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin, Dağ Yəhudiləri dini icmasının sədri Melix Evdayevin, Alban uli dini icmasının sədri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekle və başqaları da iştirak ediblər.

Səfərdən məqsəd Azərbaycanın əsirlər boyu formalaşdırdığı və inkişaf etdirdiyi tolerantlıq, dini dözümlülük, müxtəlif inanclar və onların daşıyıcıları arasında birgəyaşayış normalarının təbliği, birgə fəaliyyət istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların axtarışıdır.

Səfərin ilk günü Azərbaycandan gəlmiş qonaqlar Yuta ştatının ali qanunvericilik orqanı olan senatda olublar. Burada ilk görüş «Stirlinq» fondunun prezidenti və baş icraçı direktoru Edvard Rove ilə keçirilmişdir. E.Rove Azərbaycanı yaxşı tanıdığını və burada fərqli dini icmaların birgə fəaliyyəti, dövlətin onlar üçün yaratdığı əlverişli şəraiti, dövlət orqanları ilə Qafqaz Müsəlmanları İdarəsinin bu sahədə səmərəli fəaliyyətini vuğulayaraq bildirmişdir ki, dini müxtəliflik və tolerantlıq baxımından Azərbayan Respublikası ilə Yuta ştatı arasında olan yaxınlıq xalqlarımız və dövlətlərimiz arasında əlaqələri genişləndirməklə dünyada örnək olaraq qalmaqdadır.

Sonra Yuta ştatının senatında Azərbaycanda gəlmiş nümayəndə heyətinin rəsmi salamlama mərasimi keçirilib və senatorlar qonaqları alqışlarla qarşılanıblar. Mərasimdə Yuta ştatı senatının Azərbaycanda tolerantlıq, multikulturalizm siyasəti, dini müxtəlifliyin qorunması ilə bağlı qəbul etdiyi bəyannamənin mətni oxunmuşdu. Senatın prezidenti Stüart Adamsın və senator Mihael MakKellin imzaladığı sənəddə deyilir:

«Yuta ştatının senatı bəyan edir ki, Azərbaycan müsəlmanlsr, xristianlar və yəhudilər arasında qədim zamanlardan bəri mövcud olan dinlərarası tolerantlıq ənənəsinə sadiq qalaraq ölkədə multikulturalizm və dinlərarası harmoniyanıdaha da inkişaf etdirmək üçün səy göstərir.Asiya ilə Avropanln kəsişməsində yerləşən Azərbaycan region üçün və bütün dünya üçün model olaraq çıxış edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsləri və iştirakı ilə Yer üzündə dini rəngarəngliyi qorumaq və inkişaf etdirmək, əməkdaşlıq üçün dünyanın fərqli konfessiyalarının liderlərini dəfələrlə bir araya gətirə bilmişlər. Yuta ştatı Şeyxülislam Allahşükür Paşazadəni, Bakı Beynəlxadq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi, dini icma rəhbərlərini və digər qonaqları senatda salamlamaqdan şərəf duyur. Biz bir daha bəyan edirik ki, Yuta senatı Azərbaycanın dini tolerantlığı və dinlərarası əməkdaşlıq dəyərlərini möhkəmlətmək istiqamətində apardığı işi təqdir edir».

Sonra Yuta ştatı Senatının prezidenti Stüart Adams Azərbaycan nümayəndə heyətilə geniş tərkibdə görüş keçirmişdir. Görüşdə bildirmişdir ki, Azərbaycanla digər sahələrdə oduğu kimi dinlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq hər iki ölkə üçün faydalıdır. Yuta ştatı Azərbaycan Respublikası ilə əlaqələri, səmimi dostluq münasibətlərini inkişaf etdirməkdə maraqlıdır və bunun üçün kifayət qədər zəmin vardır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səmimi qəbul üçün S.Adamsa minnətdarlığını bildirərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını çatdırmış və qeyd etmişdir ki, Yuta ilə əlaqələrin genişlənməsi üçün kifayət qədər zəmin vardır. Təsadüfi deyildir ki, Yuta ABŞ-nin ştatları arasında Xocalı soyqvrımını ilk tanıyanlar arasındadır. Bundan başqa, 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın dinc quruculuq və bərpa işlərinə mane olan minlərlə partlamamış minanın zərərsizləşdirilməsində yutalıların da böyük köməyi olmuşdur. Sonra Şeyxülislam Allvahşükür Paşazadə Yuta senatının prezidentini Azərbaycana səfərə dəvət etmişdir.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər