BAKU Azərbaycan
°C

Ermənistanın təslimçilik sazişi kimi də şərh edilən 10 noyabr üçtərəfli bəyanatı ilə Azərbaycanla Ermənistan arasında "müharibənin" postkonflikt mərhələsi start götürdü. Son proseslərə əsaslanaraq deyə bilərik ki, hələdə ratifikasiya edilməyən bu bəyanatın şərtlərindən, öhdəliklərindən müxtəlif manipulyasiya cəhdləri ilə yayınmağa çalışan Ermənistan başqa çarəsinin qalmadığını görüncə keçən 1 il ərzində nəyinki özü, hətta ona havadarlıq edən qüvvələr, dövlətlər də rəsmi Bakının diqtə etdiyi proseslərə boyun əymək, qəbul etmək məcburiyyətini anlamağa başlayırlar.

Azərbaycanın regionda yaratdığı yeni reallığı ilk vaxtlar nəyinki qəbul etmək istəməyən, ona qarşı böyük cəbhə alan beynəlxalq təşkilatlar, dövlətlər artıq Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. 

Dünən Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş zamanı edilən müzakirələr, verilən qərarlar deyilənlərin təsdiqidir. 

Şarl Mişelin təşəbbüsü ilə İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr növbəti dəfə keçirildi ki, görüşün əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı. Nəzər yetirdikdə bütün bu məsələlərin məhz İlham Əliyevin xüsusən son 1 ildə müxtəlif çıxışlarında, müsahibələrində toxunduğu əsas mövzular olduğunu görə bilərik.

Prezident İlham Əliyev bu görüşdə müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı. Əvəzində isə müharibə zamanı və onun davamında daim Ermənistana dəstəyini açıq ifadə edən, Minsk Qrupunun üç həmsədrindən biri olduğunu vecə sayaraq beynəlxalq hüququn bütün prinsiplərini ayaq altına atmağı gözə alaraq işğalçı bir dövləti müdafiə edən Fransa lideri Emanuel Makron da Azərbaycan Prezidentinin qaldırdığı məsələləri dinləmək məcburiyyətində qaldı. Çünki o da artıq anlayır ki, Azərbaycanın yaratdığı reallığı qəbul etməyəcəyi, qalib tərəf kimi onun şərtlərini (Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi. - red) dinləməyəcəyi təqdirdə Fransanın Cənubi Qafqazda istənilən prosesdə iştirakı məqbul hesab edilməyəcək.

Aİ-yə sədrliyi üzərinə götürən Fransa prezidentinin görüşün əsas təşəbbüskarı kimi belə bir görüşün təşkilində şübhəsiz ki, öz maraqları var. Bunu rəsmi Bakı da çox yaxşı anlayır. Hətta müahirbə zamanı Azərbaycana hərbi müdaxilə edəcəyi sözləri ilə hədə-qorxu gələn Makronun Ermənistanın ağır məğlubiyyətindən sonra işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərində Fransa şirkətlərinin də fəal iştirakı ilə bağlı rəsmi Bakıya müraciət ünvanlanması zamanından rəsmi Parisin Cənubi Qafqazdan birdəfəlik qopmaq qorxusundan xəbər verirdi. Görünür, münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyən Makron bununla Cənubi Qafqazda yenidən aktivləşərək dolayısı ilə Minsk Qrupundakı səlahiyyətini - Azərbaycan ilə Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etmək planını işə salmaq niyyətindədir.

Heç şübhəsiz ki, Emanuel Makronun bu canfəaşnlığı eyni zamanda apreldə keçirələcək prezident seçkiləri öncəsi Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa hesablanmış bir gediş də ola bilər. Bununla da Makron həm Azərbaycanı razı salaraq Cənubi Qafqazdakı proseslərdə aktiv iştirakını təmin etmək istəyir, həm də Fransadakı seçkilərdə sonda yenidən kürsüdə əyləşən tərəf olmağı  düşünür.

Buna görə də Fransanın bu görüşdə iştirakını Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi dəyərləndirmək olar. Makron və Şarl Mişelin vasitəçi kimi görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar oldu ki, onların ritorikasında Minsk qrupuna istinad edilmədi, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi səslənmədi. Bu o deməkdir ki, Fransa Misnk Qrupunun digər aktiv üzvü Rusiya kimi Cənubi Qafqazda öz gününə ağlamaq yolunu seçərək, bu təşkilatın gələcək fəaliyyətində daha bir o qədər də maraqlı deyil. Farnsa bu yolu seçməklə eyni zamanda rəsmi Bakının diqtəsini qəbul etdiyini, onun regionda yaratdığı reallıqla razılaşdığını etiraf etmiş oldu. Ona görə də Şarl Mişel və Emanuel Makronun vasitəçiliyi ilə keçirilən görüşdə Qarabağ məsələsi gündəlikdən çıxarıldı. Təbii ki, gündəliyi öncədən müəyyən edilən bu görüşdə sözügedən məsələlərə yer verilməsi sırf Bakının istəyinə uyğun olaraq baş verib.

Bu görüşün və sonra səsləndirilən bəyanatın postmünaqişə dövründə baş verdiyini nəzərə alsaq, o zaman Brüssel görüşündə əldə olunan razılaşmalara əsasən kommunikasiyaların açılması, sərhədin delimitasiya və demarkasiyası, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqların başlanması kimi mühüm tələblərin icrası istiqamətində növbəti addımın atıldığını, Bakının istəyinə biraz da yaxınlaşdığını qeyd edə bilərik. 

Ümumilikdə isə dünənki görüş deməyə əsas verir ki, rəsmi Bakının Vətən müharibəsi ilə regionda yaratdığı yeni reallığın və onun əsasında irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir. Təbii ki, bu o demək deyil ki, Makron Ermənistana dəstəyini, onları müdafiə etməyi dayandıracaq. Amma nəticə rəsmi Bakının istəyinə uyğun şəkildə davam edir. Azərbaycan bu görüşlə bir daha ona lazım olanı əldə etmək üçün mühüm üstünlük qazandı.

 

Son xəbərlər

Azərbaycan XİN İrana yardım təklif etdi

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Bütün xəbərlər