BAKU Azərbaycan
°C

Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir.

Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata açıqlama verərkən "vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib.
 
Xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir. Məsələ ondadır ki, Ukrayna kimi Moldova da Kremlin "mətbəx məhsulu” olan Dnesteryanı münaqişə ilə mübarizə aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meyilli olması ilə xatırlanan İqor Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi Dnesteryanıda gərginliyin artması ilə müşahidə edilib.
 
Sandu Kremlin Dnesteryanı üzərindən Kişinyova təziq edəcəyini bildiyi üçün hakimiyyətə gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip etibarilə Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnesteryanıya hərbi müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir.
 
Hesab edirəm ki, Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə etməyə çalışır. Bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı

Evros (Dədəağac) bölgəsində həyata keçirdi. Belə ki, rəsmi Vaşinqtona məxsus min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdirildi. Bu qüvvənin ehtimal olunan gərginlik halında Ukraynanın yardıma gedəcəyi hər kəsə bəllidir. Bundan başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcyini, onların Bolqarıstan, Ruminiya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək üçün ölkəsini ABŞ üçün açıq elan edir.
 
Sandunun əsas hədəfi isə Ukrayna - Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım prezident son açıqlamsında "biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq” deyib.

Sandu anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnesteryanıya hərbi müdaxilə etmək üçün Qərblə və ABŞ-la danışıqlar aparır.
 
Turan Rzayev

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər