BAKU Azərbaycan
°C

“Ölkə başçısının Laçına etdiyi səfərin xüsusilə də may ayında həyata keçməsi böyük və simvolik əhəmiyyət kəsb edir. Çünki məlum olduğu kimi, məhz 1992-ci ilin may ayında Laçın rayonu ermənilər tərəfindən işğal olunub və düz 31 il sonra- 2023-cü ilin may ayında Laçından olan məcburi köçkünlər artıq geri qayıtmağa başlayıblar. Eyni zamanda 28 may Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycanın yarandığı tarixdir. Və həmin tarixdən 105 il sonra artıq ölkəmizdə işğala son qoyulub və qüdrətli bir ölkəyə çevrilib”.

Gundem.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

O, qeyd edib ki, Azərbaycan qısa müddət ərzində qayıdışı bərpa edib reallaşdıra bildi.

Prezident Laçında bir sıra mühüm tədbirlərdə, açılışlarda iştirak etdi. Burada diqqət çəkmək istədiyim prosses odur ki, cəmi 7-8 ay ərzində Laçında 700-ə yaxın bina tikilib. Şəhərin böyük bir hissəsi yenidən qurulub və bərpa edilib. Hətta Ermənistan tərəfi də bunu görüb həsədlə yanaşırdılar. Çünki onların 30 il ərzində edə bilmədiklərini biz qısa bir vaxtda həyata keçirdik. Onlar arasında bunun təəcübü və məftunluğu nəzərə çarpır. Artıq məcburi köçkünlərin də qayıdışı baş tutub. Laçında məcburi köçkünlərlə görüşdə prezident bir sıra mühüm mesajlar verdi. Onlardan biri də Ermənistan tərəfinin Qarabağdakı ermənilərinin miatsum kitabının bağlanmasından ibarət idi. Oradakı separatçı rejim parlamenti buraxmalı və müəyyən vəzifələr ləğv edilməlidir. Onlar Azərbaycan vətəndaşlığı və reinteqrasiya üçün müraciət etməlidirlər.

Başqa bir mesaj delimitasiya və demarkasiya ilə bağlı məqamla bağlı idi ki, ölkə başçısı qeyd etdi ki, bu çərçivədə ədalətli mövqeyə uyğun həyata keçirilməlidir. Eyni zamanda toxunuldu ki, ermənilər daimi Laçın və Kəlbəcəri öz nəzarətində saxlamaq istəyirdilər, çünki ona Qarabağla Ermənistan arasında koridor kimi, körpü kimi baxırdılar. Bu mesajlar bir daha Azərbaycanın qüvvətli və qüdrətli olduğunu, öz sözünü deyə biləcək bir ölkəyə çevrildiyinin göstəricisidir. Və sözün əsl mənasında bu gün artıq qalib, müzəffər dövlət kimi Azərbaycanın sözü ilə regional səviyyədə, həm də beynəlxalq səviyyədə hesablaşmalıdırlar. Xüsusilə də Ermənistan tərəfi artıq anlamalıdır ki, sülh sazişi imzalanması birinci növbədə Ermənistanın yararınadır”.

Son xəbərlər

Tayvanda yenidən zəlzələ oldu

Qazaxdainkubator sexi yanır

Rüşvətlə sürücülük vəsiqəsi verən yol polisinə cinayət işi açıldı

Qurbanov "Qarabağ"ın finala yüksəlməsindən danışdı

ABŞ-dan Bakı-İrəvan razılaşmasına REAKSİYA

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Həmişə həqiqəti söyləyən bürclər

Rus ordusunda fərarilik rekord həddə qalxdı

"Qarabağ" finalda!

Ermənistan səfirliyinin əsassız ittihamlarına CAVAB

Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Rusiya və Ukrayna arasında razılaşma əldə edildi

Kirkorov buna görə ad günü etməyəcək

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

İraq Prezidenti COP29-a dəvət olundu

Yenikənddə qadağan edilmiş ov alətləri aşkarlandı

Rəşad Sadıqov: “Bir hədəf var”

Şad xəbər: büdcə gəlirləri artdı, 822 milyon…

Bütün xəbərlər