BAKU Azərbaycan
°C

İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Bu barədə Gundem.az-a Nazirlər Kabinetindən bildirilib.

Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirdi ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçmiş, yağıntıların miqdarı artmış, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.

Qeyd edildi ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artmış, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilmiş, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Bildirildi ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənildi, müzakirələr aparıldı.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulandı.

Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edildi.

 

Son xəbərlər

Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan və Slovakiya arasında sənədlər İMZALANDI

Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu BAŞLADI

Bu rayonlarda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Bütün xəbərlər