BAKU Azərbaycan
°C

Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

Gundem.az report-a istinadən xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.

Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.

Vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlər çox müsbət tendensiyaya malikdir. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 24 % artaraq 3,7 milyard ABŞ dollarını keçib.

Tərəflər həmçinin sənaye əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar.

Bildirilib ki, hər iki tərəf nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikası təmin edilib və bu, 2022-ci ildə 36 %-dən çox təşkil edib.

Tərəflər inkişafı üçün birgə səylərin göstərildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihəsini prioritet hesab ediblər.

İclasın yekununda Protokol imzalanıb.

 

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər