BAKU Azərbaycan
°C

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Gundem.az xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.

Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər