BAKU Azərbaycan
°C

İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, əvvəlcə hökumət başçılarının keçirdikləri təkbətək danışıqlarda ikitərəfli gündəliyə daxil olan aktual məsələlər müzakirə edilib. Sonra baş nazirlərin görüşü iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüş zamanı qeyd olunub ki, iki ölkə arasında ikitərəfli əlaqələrin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub.

Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Özbəkistanda tədbirlərin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub. Məmnunluq hissi ilə vurğulanıb ki, bu gün dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin birgə səyləri sayəsində Azərbaycan-Özbəkistan əlaqələri hərtərəfli inkişaf edən strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Tərəflər bildiriblər ki, Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

Ə.Əsədov Özbəkistana cari ildə Türk Dövlətləri Təşkilatında bu ölkənin sədrliyi dövründə uğurlar diləyib.

Qeyd olunub ki, dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və daimi təmaslar ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır. Bu kontekstdə ötən il çox məhsuldar olub. Azərbaycan Prezidenti üç dəfə Özbəkistana səfər edib.

“Sanballı sənədlər paketinin imzalanması ilə əlamətdar olan dövlət səfəri daha mühüm olub. Dövlət başçıları tərəfindən imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib”, - deyə Ə.Əsədov qeyd edib.

Həmçinin Prezident Şavkat Mirziyoyevin cari ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin əhəmiyyəti qeyd olunub.

Hazırda hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı üzrə aparılan irimiqyaslı işlər haqqında ətraflı məlumat verilib. Bu kontekstdə Özbəkistan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində 960 şagird yerlik məktəbin tikintisi üzrə təşəbbüsünə görə minnətdarlıq ifadə olunub.

Tərəflər Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığa dair Birgə Hökumətlərarası komissiyanın iyulun 18-də Şuşada keçirilən iclasının əhəmiyyətini qeyd ediblər. Onlar ümidvar olduqlarını bildiriblər ki, iclasın yekunlarına dair əldə olunan qərarlar Azərbaycan-Özbəkistan qarşılılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinə kömək edəcək.

Hökumət başçıları,, həmçinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığı yüksək qiymətləndirib, 2022-ci ilin yekunlarına dair təxminən 64 faiz artan əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasından məmnunluq ifadə ediblər.

Tərəflər investisiya qarşılıqlı fəaliyyətinin yaxşı dinamikasını vurğulayıb və dünən Şuşada Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması ilə bağlı təsis sənədlərinin imzalanmasının əhəmiyyətini qeyd ediblər. Birgə İnvestisiya Fondunun yaradılması investisiya əməkdaşlığının möhkəmlənməsi üçün əlavə stimul kimi qiymətləndirilib.

Özbəkistan tərəfinə Azərbaycanda olan əlverişli investisiya mühiti barədə məlumat verilib.

Hökumət başçıları nəqliyyat-tranzit sahəsində əməkdaşlığın perspektivlərini müsbət qiymətləndiriblər. Ötən il iki ölkə arasında yükdaşımaların ümumi həcmi 65 faizdən də çox artıb. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub.

Tərəflər, həmçinin sənaye kooperasiyasını, pambıqçılıq və ipəkçilik sahələrində əməkdaşlığın inkişafının müsbət olduğunu qeyd ediblər. Energetika sahəsində fəal qarşılıqlı fəaliyyətin olduğu vurğulanıb. Ötən il Azərbaycan və Özbəkistan arasında energetika sektorunda əməkdaşlığa dair yol xəritəsi imzalanıb.

Baş nazirlər, həmçinin bərpa olunan enerji mənbələri sahəsində yaxşı imkanlar yarandığını bildirib, habelə kənd təsərrüfatı, mədəni-humanitar, təhsil, səhiyyə və digər sahələrdə məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Sonra Birgə Hökumətlərarası Komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikasının investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov çıxış ediblər.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər