BAKU Azərbaycan
°C

“Bakının Qarabağ üzərində tam nəzarəti ələ alması ondan xəbər verir ki, yaxın günlərdə Xankəndidəki inzibati binaların üzərində Azərbaycan bayrağı dalğalanacaq”.

Bunu APA-nın Moskva bürosuna müsahibəsində rusiyalı siyasi-hərbi analitik Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən sonra Bakı ilə İrəvan arasında sülh uzaqda deyil.

Ekspert hesab edir ki, hazırda Qarabağın Azərbaycan iqtisadiyyatına inteqrasiya olunması prosesinin başlanması rəsmi Bakının böyük uğurudur.

“Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın regiondakı fəaliyyətini Fransa, ABŞ və digər Qərb ölkələri nüfuzdan salmağa çalışır. Məsələ ondadır ki, Qərbin regiona öz sülhməramlılarını gətirmək planı baş tutmadı. Rusiya regionda öz mövqeyini qoruyub saxladı və Rusiya sülhməramlılarının fəaliyyəti Bakını olduqca qane edir. Məhz Rusiya sülhməramlıları Xankəndi və ətraf rayonların Azərbaycanın tam nəzarətinə keçməsi prosesini müşahidə edir. Artıq Azərbaycan Xankəndini Ermənistanın elektrik şəbəkəsindən ayıraraq öz elektrik şəbəkəsinə qoşub. Bu artıq Xankəndinin Azərbaycanın həyatına tədricən daxil olmasının başlanğıcıdır. Əlbəttə ki, bütün bunlar problemlərlə müşayiət olunacaq. Hazırda qanunsuz erməni silahlı birləşmələrinin təslim olma prosesi gedir. Azərbaycana qarşı təxribatlar davam edəcək. Bakı Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməyə zəmanət verir. Bununla bağlı danışıqların getdiyini görürük. Bəli, bu danışıqlar çətindir. Lakin ermənilər üçün başqa seçim yoxdur. Çünki Azərbaycan faktiki olaraq öz ərazisində səliqə-sahman yaradır. Bunu Kremlin sözçüsü Dmitri Peskov, Dumanın spikeri Vyaçeslav Volodin də təsdiqləyib. Onlar Azərbaycanın öz evində asayişi bərpa etdiyini, hər şeyi qaydasına saldığını bildiriblər. Bu, rəsmi Moskvanın başlıca mövqeyidir və Azərbaycan üçün çox vacibdir ki, Rusiyanın mövqeyi bu cürdür”, - rusiyalı ekspert vurğulayıb.

Mixaylov hazırda Ermənistanda mövcud olan anti-Rusiya əhval-ruhiyyəsindən, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı ilə bağlı səslənən iddialardan da danışıb.

“Paşinyan isə son bəyanatlarında Ermənistanın KTMT-dəki iştirakının ölkəsi üçün təhlükəli olduğunu söyləyib. Baxarıq, Rusiya İrəvanın KTMT-dən çıxmasına, NATO-ya üz tutmasına imkan verməyəcək. Paşinyan Zelenskinin yolu ilə gedir. Bu, Ermənistan xalqı üçün böyük faciədir”, - rusiyalı analitik əlavə edib.

Ekspert 10 noyabr 2020-ci il bəyanatında qeyd olunan Zəngəzur dəhlizinin açılması perspektivinin böyük olduğunu da bildirib. O qeyd edib ki, gec-tez bu dəhliz açılacaq:

“Çünki, bu dəhliz həm Ermənistana, Həm Azərbaycana, həm də Türkiyə, İran və Rusiyaya sərfəlidir. Düşünmürəm ki, bu dəhliz hansısa şəkildə Ermənistanın dövlətçiliyinə maneə olacaq. Lakin biz indi İrəvanın qərbli tərəfdaşlarının bu prosesə təsir etdiyini müşahidə edirik. Qərbə Zəngəzur dəhlizi sərfəli deyil. Ona görə ki, bu dəhliz uzun müddətdir Qərbin ağır sanksiyaları altında qalan İran və Ukrayna müharibəsinə görə iqtisadi təzyiqlərə məruz qalan Rusiya üçün yeni nəfəslik açacaq”.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər