BAKU Azərbaycan
°C

"Qərbi Azərbaycanda azərbaycanlılara qarşı cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görülür".

Gundem.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, öz doğma tarixi torpaqları olan Qərbi Azərbaycandan (hazırkı Ermənistan Respublikasının ərazisindən) Azərbaycanəsilli şəxslərin qovulmaları, təqib olunmaları, soyqırıma məruz qalmaları, xüsusi amansızlıqla qəsdən öldürülmələri, yaşadıqları ərazilərin adlarının qəsdən dəyişdirilməsi, məhv edilməsi, onlara məxsus tarixi-mədəni abidələrin dağıdılması faktları üzrə 30 mart 2023-cü il tarixdə tərəfimdən Cinayət Məcəlləsinin 103 (Soyqırım), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (Təqib) və 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq qrupu yaradılaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

"Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, Ermənistanın siyasi rəhbərliyinin “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində hazırda Ermənistan Respublikası adlandırılan ərazinin azərbaycanlılardan tamamilə təmizlənməsi planının həyata keçirilməsi üçün təşkil etdiyi qanunsuz silahlı birləşmələr tərəfindən 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə mərhələli şəkildə vahid qəsdlə hazırda Ermənistan adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların milli və etnik mənsubiyyətlərinə görə bütövlükdə məhv edilməsi məqsədilə onların milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən həyatdan məhrum edilib öldürülmələri, sağlamlıqlarına ağır zərər vurulması, azərbaycanlıların bütövlükdə fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaradılmaqla onlara qarşı soyqırımın törədilməsi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan onların qanuni yerləşdiyi yerlərdən qovulması və digər məcburi hərəkətlərlə tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiya edilib didərgin salınması, habelə beynəlxalq hüquq normaları ilə qadağan edilmiş milli, etnik, mədəni və digər əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum olunmaqla təqib edilmələri nəticəsində Zəngəzur, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə 1905-1907 və 1918-1920-ci illərdə çoxsaylı Azərbaycan əsilli şəxslər erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, mülkləri yandırılaraq məhv edilməklə əmlakları talanıb, 1918-ci ilin mart ayınadək təqribən 135.000 nəfər, 1948-1953-cü illərdə təqribən 100.000 Azərbaycan əsilli şəxslər öz doğma tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən zorla köçürülməyə, təqibə və deportasiyaya məruz qoyulmuş, 1987-1991-ci illərdə 250.000-dən artıq azərbaycanlı öz mülklərindən zorla qovularaq 216 azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilməklə həyatdan məhrum edilib", - Baş prokuror qeyd edib.

K.Əliyev həmçinin bildirib ki, cinayət işi üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qərbi Azərbaycan İcması İctimai Birliyi və digər qurumlarla strateji koordinasiya yaradılıb, iş üzrə zəruri sübutların toplanması məqsədilə aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Azərbaycanəsilli şəxslərə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülür".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər