02.10.2023 / 12:49
155
Bu ölkə ilə gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
Milli Məclis Azərbaycan və Slovakiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasını təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” Qanun layihəsi müzakirə edilib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay