Siyasət
05.10.2023 / 17:00
188
Brüsseldə Ermənistan və Azərbaycan arasında yeni danışıqlar təşkil edilə bilər
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell ümid etdiyini bildirib ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında danışıqları təşkil etmək mümkün olacaq.
Gundem.az xəbər verir ki, o bunu Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi Qranadada jurnalistlərə bildirib.
“Ümid edirəm ki, Brüsseldə Ermənistan və Azərbaycan arasında görüşlər təşkil etmək mümkün olacaq. Bu, münaqişənin genişlənməməsi üçün lazımdır. Bundan əlavə, Ermənistanda siyasi sabitliyə nail olmaq lazımdır”.
Borrell Azərbaycan və Türkiyə liderlərinin Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində iştirak etməməsindən təəssüfləndiyini bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay