BAKU Azərbaycan
°C

“Bəzən avropalı tərəfdaşlarımız Azərbaycanla bağlı lüzumsuz və əsassız təbliğatın təsiri altına düşürlər. Belə olmamalıdırlar, onlar sülh gündəliyinə töhfə verməlidirlər”.

Gundem.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Aljazeera" telekanalına müsahibəsində deyib.

“Beynəlxalq tərəfdaşlarımız da geriyə baxmaq əvəzinə gələcəyə, perspektivlərin nədən ibarət olduğuna baxmalıdırlar. Bu, xüsusilə avropalı tərəfdaşlarımıza, o cümlədən Avropa İttifaqına da aiddir”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Qarabağın erməni sakinlərinə sülh və dinc reinteqrasiya mesajı verir: “Azərbaycana və regiona sülh lazımdır. Fikrimcə, Ermənistan Respublikasına da artıq sülh lazımdır. Ermənistan bütün bu ərazi iddialarını sonlandırmalıdır. Hazırkı vəziyyətdə biz sülh üçün daha yaxşı şanslara sahibik”.

Hikmət Hacıyev sülh üçün beynəlxalq platformalardan da söz açıb: “Heç kim Rusiyanın regional ölkə statusunu, Azərbaycan və Ermənistanla tarixi əlaqələrə malik olduğunu inkar edə bilməz. Ona görə də bu platforma da əlverişlidir. Moskva platforması ilə yanaşı, ABŞ Vaşinqton platformasını da təqdim edib. Fikrimcə, böyük irəliləyiş əldə etmişik”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər