“Nə qədər uzaq dursalar, bölgəmiz o qədər nəfəs alacaq”
“Avropa Parlamentində belə qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.
Sədr qeyd edib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir: “Sözügedən sənəd əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb. Bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub.
Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər nəfəs alacaq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay