BAKU Azərbaycan
°C

“30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi aparır. Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib. Puçdemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin “liderlərinin” həbsindən narahatlıq ifadə edir”.

Gundem.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib. 

“Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı söküb almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır.  Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən artıq “Qarabağ” adlı bir problem qalmadığı, bunu etməyin çox daha asan olduğu bir şəraitdə...

Azərbaycan bir reallıq yaradıb, dəyişməz reallıq. İndi Avropa Parlamenti bizə sanksiya tətbiq etdi nə fərq edər, yaxud etmədi nə fərq edər! Biz artıq güclüyük və bir az daha dərindən təhlil edilsə başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacır. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər