BAKU Azərbaycan
°C

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Gundem.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib.

Dövlət başçıları arasında sıx təmasların və qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı prezidentlər tərəfindən imzalanan Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun dövlətlərarası əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı qeyd olundu. Eyni zamanda Serbiya Prezidenti Aleksandar Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin ikitərəfli əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Baş nazir bu ilin may ayında Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak və çıxış etdiyinə görə Vladimir Orliçə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Serbiya həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.

Tərəflər ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması istiqamətində əlavə addımların atılması zərurətini təsdiq ediblər. Bu xüsusda cari ilin aprel ayında Belqradda keçirilən birgə Hökumətlərarası komissiyanın 7-ci iclasında əldə olunan razılaşmaların praktiki icrasının vacibliyi vurğulandı.

Energetika sahəsində əməkdaşlığa toxunularaq ötən ilin oktyabr ayında Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulanıb, Bolqarıstan-Serbiya İnterkonnektoru istismara veriləndən sonra Serbiyanın da Azərbaycan qazını ala biləcəyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin iki ölkə arasında nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər