BAKU Azərbaycan
°C

"Oktyabrın 6-da ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani tərəfindən verilmiş və Azərbaycana qarşı qərəzli ittihamlarla dolu bəyanatı şiddətlə qınayır və rədd edirik".

Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazitliyinin ATƏT-in fəaliyyətdə olan sədrinin bölgədəki cari vəziyyətlə bağlı bəyanatına dair şərhində bildirilib.

Qeyd olunub ki, bu bəyanat ATƏT sədrliyinin mandatına, o cümlədən ATƏT Nazirlər Şurasının Porto iclasının 8 nömrəli Qərarına uyğun olaraq, sədrlik fəaliyyətinin ATƏT-in bütün üzv dövlətləri tərəfindən razılaşdırılmış mövqelərə zidd olmamasının təmin edilməsinə dair tapşırığa açıq şəkildə ziddir.

"ATƏT-in Ermənistan tərəfindən bu Təşkilatın prinsip və öhdəliklərinin ciddi şəkildə pozulmasına on illərlə davam edən qəbuledilməz etinasızlığı fonunda, birtərəfli və qərəzli fikirlərə əsaslanan bu mövqe ağlabatan hesab oluna bilməz. ATƏT-in, onun Sədrliyinin və digər strukturlarının bu kimi məqsədlər üçün sui-istifadəsi eyni zamanda bu Təşkilatın hazırda üzləşdiyi problemlərin həlli yollarının tapılması səylərinə xələl gətirir.

ATƏT-ə, uzun illərdir Ermənistanın və bir sıra vasitəçi olmağa cəhd göstərən iştirakçı dövlətlərin destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olan həll yolunun bir parçası olmaq üçün şansının mövcudluğunu xatırlatmaq istərdik.

Azərbaycanın ATƏT-in mövcud öhdəliklərinə uyğun olaraq ardıcıl çağırışlar etməsinə baxmayaraq, onilliklər ərzində bu Təşkilatın ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasını və yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmaq hüququnu təmin etmək üçün öz mandatını yerinə yetirməsinə maneə törədilib. Münaqişədən sonrakı bərpa və quruculuq səylərində, o cümlədən minalardan təmizlənmə proseslərində müsbət rol oynamasına dair ATƏT-ə ünvanlanmış çağırışlarımıza da məhəl qoyulmayıb.

ATƏT-in son üç onillikdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Ermənistanın Azərbaycan ərazilərini işğalının nəticələrinin aradan qaldırılması üçün yaradılmış strukturlarından səmərəli istifadədə uğursuzluğa düçar olmasını nəzərə alaraq, bu Təşkilatın fəaliyyətdə olan sədrinin müstəqil beynəlxalq müşahidə missiyasına istinadları anlaşılan deyil. Helsinki Yekun Aktında təsbit olunmuş güc tətbiq edilməməsi prinsipi də daxil olmaqla, bütün prinsiplərin birbaşa olaraq Ermənistan tərəfindən pozulduğunu, habelə BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həm diplomatik, həm də hərbi baxımdan öz ərazilərinin işğalına son qoymağın hər zaman Azərbaycanın legitim hüququ olduğunu da bir daha xatırlatmaq istərdik.

Bundan əlavə, milli azlıqlara mənsub şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı istənilən mexanizmin, bu şəxslərdən dövlətlərin suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün alət kimi istifadəsini qadağan etdiyini də xatırlatmaq istərdik. Bu baxımdan, biz bütün tərəfləri bu öhdəliyə ciddi riayət etməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərindən çəkinməyə çağırırıq. Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, regionda sülh və Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyasına nail olmaq əzmində olduğunu bir daha təsdiqləyir", - XİN-dən bildirilib.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər