BAKU Azərbaycan
°C

Tacikistan Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.

Gundem.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ali qonağa sərgi barədə məlumat verib.

Bildirilib ki, SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Tacikistan Prezidenti sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal edilən məhsullarla tanış olub. Qeyd edilib ki, burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Məlumat verilib ki, burada Müdafiə Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və sair olmaqla, 88 adda müdafiə təyinatlı məmulat sərgilənir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim edilir.

Daha sonra Tacikistan Prezidenti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın milli stendləri ilə tanış olub.

Sonda ali qonaq fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.








Son xəbərlər

İnsan yuxusuz nə qədər qala bilər?

Döş xərçəngi haqqında yanlış fikirlər AÇIQLANDI

Sumqayıtda yol qəzası baş verdi

Məşhur müğənninin 155 minlik eynəyi gündəm oldu - FOTO

Xaçmazda avtomobil 40 yaşlı piyadanı vuraraq ÖLDÜRDÜ

Gəncədə ata 12 yaşlı qızını bıçaqladı

45 sviter geyinib Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO

Rusiyaya məxsus daha bir kəşfiyyat təyyarəsi vuruldu - VİDEO

Bakıda ən ucuz torpaq sahələri... - Siyahı

"Balalarınız xaricdə haram pullarla kef edir..." - Tolikdən sərt sözlər

MİT əməliyyat keçirdi: Mazlum Mardin yaxalandı

Qazaxda avtomobilin vurduğu piyadalardan biri xəstəxanada ölüb

Qurban Qurbanov püşkatmanın nəticəsindən danışdı

“Bavariya”dakı işini XATIRLADI

Toy hazırlıqları ilə bağlı yola çıxan gənc qəzada ölüb - FOTO

Zelenski Ermənistana gedəcək

Təqaüd və sosial yardım alanlara ŞAD XƏBƏR

Avropa İttifaqı bu ölkəyə 137 milyard avro ayırdı

Azərbaycanda dolların kursu dəyişəcək? - VİDEO

Kişi beynindəki iynə ilə 20 İL YAŞADI

Bütün xəbərlər