BAKU Azərbaycan
°C

Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirib. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin "absurd iddialar" növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın bugünkü açıqlamasına münasibətində deyilir.

"Simonyan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğalı faktını yaddaşlardan silmək və Ermənistan tarixinin bu qara ləkəsini beynəlxalq ictimaiyyətin gündəmindən çıxarmaq "arzusunu" gələcəyə baxış adı altında pərdələməyə çalışır.

Yaxşı olardı ki, Simonyan Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə, Xocalı soyqırımının törədilməsinə, işğal dövründə 9 şəhər və yüzlərlə kəndin darmadağın edilməsinə görə üzr istəyərək, gələcək haqda danışmağa başlasın. Təəssüf ki, bu baş verməyəcək.

İşğal olunmuş torpaqlarda və Ermənistan ərazisində azərbaycanlılara məxsus yüzlərlə tarixi, mədəni və dini abidələri yerlə-yeksan edən, abidələrin və yaşayış yerlərinin adlarını dəyişərək, saxta tarix yazan monoetnik Ermənistanın parlamentinin spikerinin müxtəlif etnik qrupların mehriban və dinc şəkildə birgə yaşadığı, tarixi və mədəni irsinin dövlət səviyyəsində mühafizə edildiyi Azərbaycanı öz arşını ilə ölçməsi, əslində, onun həqiqi simasını ifşa edir", - açıqlamada deyilir.

Qeyd olunub ki, Simonyanın Qazax rayonunun 7 kəndinin və Kərkinin hələ də Ermənistanın işğalı altında qalmasına primitiv düşüncə tərzi ilə hüquqi don geyindirməyə çalışması, əksinə, Azərbaycanı işğalda ittiham etməsi isə xəstə təfəkkürün təzahüründən başqa bir şey deyil:

"Ermənistan rəhbərliyinin "Azərbaycanın müharibəyə hazırlaşması", "sülh danışıqlarından imtina etməsi" kimi beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik yalanları təkrarlamağa nə dərəcədə alışdığı artıq bir faktdır. Simonyana bir daha xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib.

Ötən 3 il ərzində Ermənistan öz siyasi və hərbi təxribatları ilə sülh prosesini əngəlləməyə çalışıb. Hazırda regionda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şans yaranıb. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla sülhə hazır olduğunu dəfələrlə bəyan edib. Belə bir məqamda isə Ermənistan sülh müqaviləsinin mətni üzrə Azərbaycanın təkliflərinə cavabını uzun müddət gecikdirməklə, danışıqlar prosesini uzatmağa çalışır.

Bir daha qeyd edirik ki, Azərbaycan regionda davamlı sülhün tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Biz inanırıq ki, sülh müqaviləsinin imzalanması üçün hazırda geniş imkanlar vardır. Ona görə də, Ermənistan tərəfini bu cür təxribatçı və həqiqətdən uzaq bəyanatlar səsləndirməkdən çəkinməyə və sülhə töhfə verməyə çağırırıq".

Milli.Az

Son xəbərlər

Martda gözlənilən maqnit qasırğaları – Bu tarixlərdə DİQQƏTLİ olun

Alimlər qan xərçənginin müalicəsi üçün innovativ yanaşma hazırlayıblar

Bakıda dördotaqlı ev yanıb

Prezident XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Bayden üçüncü dəfə həkimə müraciət etdi

İsraillə HƏMAS arasında prinsipial razılıq əldə olunub

Azərbaycanda dəhşətli qəza - Ölənlər və yaralılar var - FOTO

Bakı metrosunda bu gecə təlim keçiriləcək

Roma Papası xəstəxanaya yerləşdirildi

Bu bürclərin valideynləri övladlarına qarşı SƏRTDİRLƏR

Masallıda 12 yaşlı qız zorla ərə verildi? - VİDEO

29 fevralla bağlı inanclar: Uğurlu yoxsa uğursuz gün?

Alidənin toyundan ilk görüntülər - VİDEO - FOTOlar

Miri Yusif serial üçün yazılan bəstəni oxudu - VİDEO

Atıcılarımız Avropa çempionatında daha bir medal QAZANDILAR

Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirdi

Ermənistanın dezinformasiya maşını fəaliyyətini davam etdirir - MN

Messinin abunəçilərinin sayı 500 milyona çatdı

Borrelin səhhətində problem yarandı

“Qarabağ”ın əsas hücumçusu zədələndi - FOTO

Bütün xəbərlər