Siyasət
30.12.2021 / 14:01
437
Milli Məclis İlham Əliyev və Birinci vitse-prezidenti təbrik etdi
Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
Gundem.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.
Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay