İsrail və HƏMAS nümayəndələri danışıqlar üçün Parisdə görüşəcəklər
İsrail nümayəndə heyəti girovları azad etmək məqsədilə HƏMAS-la danışıqlar aparmaq üçün Parisə gedib.
Gundem.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiostansiyası məlumat yayıb.
Şəxsi təyyarə ilə Fransaya uçan nümayəndə heyətinə İsrailin Milli Kəşfiyyat Xidməti MOSSAD-ın direktoru David Barnea başçılıq edir.
Fevralın 21-də İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, İsrail üçün ən vacib məsələ HƏMAS-ın məhv edilməsidir.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin yəhudi təşkilatlarının rəhbərliyi qarşısındakı çıxışında ölkənin radikal qruplaşma üzərində tam qələbə qazanmağa hazır olduğunu bildirib. Onun fikrincə, bu, Qəzza zolağında girovların azad edilməsinə töhfə verir.
Onu da qeyd edək ki, Netanyahu İsraillə HƏMAS arasında müharibənin 2025-ci ilə qədər davam edəcəyini də vurğulayıb. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay